"Səhər saatlarında hələlik heç kim qarlı havada yerlərin buz bağlaması səbəbindən yıxılmaqla bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət etməyib".
Bu barədə Report-a Stansiyanın baş həkim müavini Oqtay Şahmalıyev deyib.
Onun sözlərinə görə, dünən çağırışlar adi günlərdəki kimi olub, yəni artım olmayıb: "Ola bilər ki, bu gün çağırışların sayında artım olsun".
Qeyd edək ki, yerlərin buz bağlaması ilə əlaqədar yüngül xəsarət alanların olması istisna deyil. - See more at: http://axar.az/news/39982#sthash.bKbdXI3j.dpuf
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.