banner
banner

Dünya

İmamquliyev: “Gürcüstanda hələ belə seçki olmayıb”

İmamquliyev: “Gürcüstanda hələ belə seçki olmayıb”
Şevardnadze dönəmindən sonra Marneulidə belə ləyaqətsiz seçki keçirilməyib.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Marneuli rayonundan olan əslən azərbaycanlı namizədi Əhməd İmamquliyev söyləyib. Onun sözlərinə görə, Marneulidə keçirilən seçki saxtakarlıq və hədə-qorxu ilə yadda qaldı:
 
“Gürcü Arzusu qələbəyə layiq deyildi. Bizim mübarizəmiz davam edir. Biz Bidzina İvanişvili ilə mübarizə aparan yeganə gücük. Rejimlə savaşımızı davam etdirəcəyik. Bu seçkinin legitimliyini qəbul etmirik”.
 
Qeyd edək ki, dünən Marneulidə Gürcüstan parlament seçkisinin II turu keçirilib. Seçkidə Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani qalib gəlib. O, əsas rəqibi Əhməd İmamquliyevi az qala 50% səslə qabaqlamağı bacarıb.
 
Oktyabrın 8-də Gürcüstan parlamentinə keçirilən seçkilərin I turunda Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd irəli sürülən Əhməd İmamquliyev səsvermə zamanı 48,11%, Gürcü Arzusunun namizədi Tamaz Naveriani isə 43,43% səs toplamışdı.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.