Keçən il “Twitter” üçün İspaniyaya gedərək 5 milyon dollarlıq hissə satın alan müğənni Əmrah bu dəfə “Facebook”dan bir hissə satın alıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 100-ə yaxın daşınmaz əmlaka sahib olduğu iddia edilən sənətçi 2 milyon dollar verərək “Facebook”un səhmdarı olub.
Qeyd edək ki, dünyada təxminən 250 milyon aktiv istifadəçisi olan “Twitter”in birjadakı sürətli yüksəlişi diqqətini çəkən Emrah hissə satın aldıqdan sonra isə şirkətin birjada yaşadığı enişlər sənətçiyə zərər verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.