Miranda boşanmağından danışdı: “Ağır depressiyaya düşdüm”
Model Miranda Kerr “Elle” jurnalına müsahibə verib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, başı yeni sevgi macərasına qarışan 33 yaşlı model boşandıqdan sonra yaşadığı çətinliklərdən danışıb:
“Əslində mən ağır depressiyaya düşdüm. Heç vaxt bu vəziyyətin dərinliyini anlamırdım, çünki hər zaman özümü xoşbəxt hiss etmişəm. Hər fikir sizə təsir edir və siz öz doğrularınızla hərəkət etməlisiniz. Zamanla öhdəsindən gəldim. Oğlumla vaxt keçirmək çox xoşuma gəlir. Yelləncəkdə onunla birgə yellənməyi belə sevirəm”.
Qeyd edək ki, model aktyor Orlanda Blumla evli olub. O, hazırda 26 yaşlı milyarder Evan Şpigellə eşq yaşayır. Cütlüyün gələn il ailə həyatı qurması gözlənilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.