89 yaşlı qadın dünyanı gəzir: “Dostlarım qısqanır”
Sibirdə 89 yaşlı Yekaterina Papina adlı qadın dünyanın bir çox ölkəsinə səyahət edib. Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krasnoyarsk şəhərinin sakini Avropa və Asiyanın bəzi ölkələrini gəzib. İlk xarici səyahətinə 40 yaşında başlayan qadın Polşaya üz tutub. Daha sonra isə Almaniya və Praqaya gedib. Son 5 ildir davamlı olaraq Praqaya səfər edənYekaterina Türkiyəyə də yollanıb. Səyahət fikrinin dostları tərəfindən verildiyini deyən qadın “Çox yaşlıyam, ölkədən çıxmağıma icazə verməzlər” deyə düşünürdüm. Amma məlum oldu ki, belə deyilmiş. Hazırda dostlarım məni çox qısqanır”.
Səyahət etməyin onun üçün zövqlü olduğunu deyən Yekaterina “Uşaqlığım artıq şərtlər altında keçib. Qıtlıq illərində yaşamışıq. Bəzən özüm də təəccüblənirəm ki, bunu necə bacarıram. Yəqin Tanrı mənə güc verir. Səyahət etməkdən qorxmayın. Dünyanı gəzmək lazımdır. Bu, çox faydalıdır” deyə vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.