Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
Qol.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq.
Ağdam klubu səfərdə PAOK-un qonağı olacaq.
Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) Qurban Qurbanovun komandası bunu Salonikidə də etməyə çalışacaq. “Qarabağ” heç-heçə sayəsində də qrupdakı vəziyətini yaxşılaşdıra bilər.
Komandamız səfərdə qazanılan bir xal sayəsində də PAOK-u qabaqlayaraq ikinci pilləyə yüksələ bilər.
Qrupun digər oyununda “Fiorentina” “Slovan”ı qəbul edəcək.
3 noyabr
Avropa Liqası, IV tur J qrupu
00:05. PAOK (Yunanıstan) – “Qarabağ” Baş hakim: Con Biton Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater Saloniki. “Tumba” stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.