Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb. Bu barədə report.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Nərimanoğlu bildirib ki, xorvatiyalı mütəxəssisin soyuqdəymə üzündən bədən hərarəti 40 dərəcəyə yüksəlib. Ona görə də Prosineçkinin Türkiyənin Antalya bölgəsinə bu günə nəzərdə tutulan səfəri təxirə salınıb. AFFA rəsmisi baş məşqçinin Türkiyəyə yanvarın 11-də yollanacağını açıqlayıb.
Qeyd edək ki, Robert Prosineçki Antalyaya Azərbaycan klublarının hazırlıq prosesini izləməyə getməli idi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.