Çin hakimiyyəti Nançan şəhər prokurorluğunun şöbə rəisinin müavini Syuy Linbaonun və onun qohumlarının mülkiyyətində olan 149 mənzil aşkar edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu mənzillərin dəyəri 110 milyon yuan (16,3 milyon dollar) dəyərləndirilir.
İstintaqın versiyasına görə, Syuy Linbao kürəkəni Lun Yueu ilə əlbir olub kredit kartları vasitəsilə Firildaqçiliq etməklə banklardan birindən 96 milyon yuan (14,2 min dollar) dollar götürərək daşınmaz əmlak əldə ediblər.
Həmkarları artıq onun və kürəkəninin həbsinə order veriblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.