Mövsümlə bağlı olaraq xəstəlik hallarının artması da müşahidə olunur.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət davam edən öskürəklə mübarizə aparmaq isə o qədər də asan deyil. Bəs təbii yolla buna necə nail olmaq olar?
Kəklikotu - bal çayı
Üst tənəffüs yolu infeksiyalarına, bronxit kimi xəstəliklərə çox yaxşı təsir göstərir. Bundan başqa, öskürəyi kəsmək üçün də kəklikotundan istifadə edilir. İçinə bal qatılmış kəklikotu yarpaqlı çay isə daha faydalı ola bilər.
Limon - istiot - duz
Bu qarışım həm orqanizmin xəstəliklərə qarşı müqavimətini gücləndirir, həm də nəfəsalma yollarını tənzimləyir. Öskürək üçün ideal bir vasitədir. Bunun üçün limonu 4 yerə bölün. Böldüyünüz hissələrdən birinin üzərinə duz və qara bibər səpin və yeyin.
İlıq süd - bal
Bal qataraq içdiyiniz ilıq süd, öskürəyə yaxşı təsir göstərir. Boğazın qıcıqlanmasını aradan götürür. Qaynar süd balın keyfiyyətini öldürdüyü üçün ilıq olmasına diqqət edin.
Badam - portağal şirəsi
Öskürəyə yaxşı təsir göstərəcək bir qarışımdır. Badamı xırdalayaraq portağal şirəsinin içinə qatın. Hər səhər və axşam yatmazdan öncə için.
Zəncəfil və darçınlı çay
Öskürəyi aradan qaldırmaq üçün heç bir yan təsiri olmayan bitki mənşəli çay hazırlaya bilərsiniz. Zəncəfil bədənin müqavimətini artıran və öskürəkkəsici xüsusiyyətə malikdir. Uşaq və böyüklər üçün təbii və asan bir müalicə üsuludur. Xəstə olacağınızı anladığınızda dərhal bu bitki mənşəli çayı için.
3 dənə təzə zəncəfil 8 ədəd çubuq darçın 1 ədəd limon 1,5 litr su 1 qaşıq bal
Bal xaric digər vəsaitləri suyun içinə ataraq qaynadın. Sonra bu qarışığa bal əlavə edərək için.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.