banner
banner

Gündəm

Azərbaycan neftdən gələn pulları silaha verməlidir – TƏKLİF

Azərbaycan neftdən gələn pulları silaha verməlidir

“Azərbaycanın Rusiya ilə əməkdaşlığı təkcə silah və texnikaların alınması ilə bağlı deyil. Eyni zamanda siyasi tərəfdaşlığımız da dərinləşməkdədir. Bu da Ermənistanın ciddi şəkildə narahat edir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

 

Deputat Rusiyadan silah və texnikanın alınmasından imtina etməyin doğru olmadığını bildirib.

 

“Çünki həmin silahlar beynəlxalq bazara çıxarılır və satılır. Bu məsələyə isə Ermənistanın reaksiyası bəllidir. Biz illərdən bəri Rusiya Ermənistanın forpostudur deyəndə, heç vaxt düşünməmişik ki, bu onlara qarşı təhqirdir. Əksinə bir az da tərifdir. Onlar forpost olmaqdan istifadə ediblər. Tutduqları hərbi mövqelərdə də möhkəmləniblər.”

 

Zahid Oruc  deyib ki, Azərbaycanın Rusiya silahlarından aldığı örnək Ermənistanı ikiqat məhv edir. “Onlar bunu dost gülləsindən örnək kimi qəbul edirlər”.

 

Komitə üzvü onu da qeyd edib ki, bu gün biz Rusiya silahı vasitəsilə təhlükəsizliyimizi qoruyuruq.

 

“Həmin silahların yerinə yetirdiyi mühüm funksiyalar var.  Düşünürəm ki, hər bir ölkə özünün təhlükəsizlik maraqlarına, hərbi doktrinasının tələblərinə, bölgədəki əsas aparıcı tendensiyalar, onu təhdid edən faktorlara baxıb qərarlar verir. Bildiyimiz ki, ABŞ-dan sonra beynəlxalq bazarda Rusiya illik silah satışından qazandığı gəlirlərə görə ikinci yerdədir. Bu da mühüm göstəricidir”.

 

Zahid Oruc bildirib ki, Azərbaycan neftdən gələn gəlirlərin bir hissəsini silaha qoymağa məcburdur.

 

“Bu bir reallıqdır ki, Azərbaycanın hərbi gücü olmasa,  Qarabağ danışıqlarında mövqeyi tamamilə zəif görüləcək. Digər yandan da ərazilərimizdə dövlət qurmaq istəyənlərin də sayı artacaq.  Azərbaycan bölgədə, Cənubi Qafqaz arealında İsveçrə kimi neytrallıq saxlayan dövlət ola bilməz.

 

Bu, qeyri-ciddi görünərdi. Regionda aparıcı dairələrin öncə maraq uğrunda savaşları getdiyi bir zamanda Azərbaycan neytrallıq saxlasın və desin ki, 100 minlik ordu qüvvəsi bizə lazım deyil, tanklar və toplarla ərazilər tutulmur. Onda görəcəksiniz ki, Azərbaycan dövləti süquta uğradı. Bu gün ordu və silahlı qüvvələr  Azərbaycanın təhlükəsizliyində mühüm və  əsas yeri tutur. Azərbaycan regionda, xüsusən də Qarabağ xətti boyunca ərazilərdə hansı silahlara və texnikaya ehtiyacı varsa onu da alır”

 

Parlament üzvü Azərbaycanla Pakistanın hərbi əməkdaşlığına da diqqət çəkib.

 

“Pakistanla münasibətlərimiz müstəqillik qazandıqdan sonra hər zaman yüksək olub. Son dövrlərdə də qardaş ölkənin mühüm siyasi, hərbi təmsilçiləri ölkəmizə təşrif buyurublar.

Xüsusən də Pakistan prezidenti səviyyəsində bura səfərlər də olub. Geniş iqtisadi, hərbi münasibətlərin qurulması üçün müqavilələr və razılaşmalar var. Yəqin ki, Pakistanla bu istiqamətdə razılaşmalar olub. Həmin silahlar və texnikalar Qarabağ münaqişəsi zamanı bizim mövqelərimizi möhkəmləndirəcək”.

modern.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.