banner
banner

Dünya

Aralıq dənizində növbəti faciə - 240 ölü

Aralıq dənizində növbəti faciə -
Liviyadan İtaliyaya üzən 2 miqrant gəmisi Aralıq dənizində batıb.
 
Axar.az xəbər verir ki, qəza nəticəsində ümumilikdə 240 nəfər ölüb. Məlumata görə, boğulanların cəsədi hələ ki, tapılmayıb.
 
BMT-nin sözçüsü Şarlotta Sami batan birinci gəmidən 29 nəfərin qurtulduğunu bildirib. Onun sözlərinə görə, gəmidə təqribən 120 nəfər olub: “Daha sonra əməliyyat-axtarış tədbirləri həyata keçirən əməkdaşlar dənizdə üzən iki qadını görüb. Qadınların dediklərinə görə, onları daşıyan gəmidə də təqribən 120 nəfər olub və hamısı itkin düşüb. Hər iki gəmidəki qaçqınların böyük bir qismi Afrikadan olub”.
 
Qeyd edək ki, bundan öncə də dəfələrlə miqrant gəmisi batıb və çoxlu sayda insan suda boğularaq can verib. Bu il Aralıq dənizində ölənlərin sayı 4220 nəfərə yüksəlib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.