Ötən gecə Türkiyədə keçirilən mərasimlərdən birinə qatılan Sərdar Ortaç və həyat yoldaşı Xloe Luqnan hər kəsin diqqət mərkəzində olublar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhərədək gecədə əylənən cütlük maraqlı davranışları ilə seçilib. Belə ki, heç kəsə fikir vermədən Sərdarı öpən Xloe müğənnini pis vəziyyətdə qoyub.
"Yaxşı, Xloe, bəsdir. Hər kəs bizə baxır", - deyə ifaçı tez-tez həyat yoldaşına deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.