banner
banner

İdman

"Qarabağ"dan rekord, "Qəbələ"dən antirekord

"Qarabağ"dan rekord, "Qəbələ"dən antirekord

Azərbaycan 2012-ci ildən təmsil olunduğu Avropa Liqasının qrup mərhələsində 4-cü qələbəsini qazanıb.
Cia.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu, yenə "Qarabağ"la gerçəkləşib. Qurban Qurbanovun komandası Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gəlməklə rekord müəyyənləşdirib.
Məsələ ondadır ki, indiyədək qrupda 2 qələbəmiz olmamışdı. Buna ilk nail olan "Qarabağ"ın əvvəki 2 qələbəsi hərəsi 1 mövsümdə olub. Bu, debütdə Kiyevdə "Dnepr", sonrakı mövsümdə Bakıda "Anderlext" üzərində 1:0 hesabı ilə olub.
Qrupda digər təmsilçilərimizdən "Neftçi" ilə "Qəbələ"nin qələbələri yoxdur. "Ağ-qaralar" yeganə mövsümündə qrup matçlarının yarısında heç-heçə edib, yarısında uduzub. Roman Qriqorçukun komandası isə ötən mövsümdə olduğu kimi 4-cü məğlubiyyətini alıb. Özü də bu dəfə ardıcıl olub. Qrupdan çıxmayacağı artıq rəsmiləşən "qırmızı-qaralar" məğlubiyyət sayında öz antirekordunu təkrarlayıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.