2008-ci ildə ailə qurduğu iki övladının atası, müğənni Emre Altuğdan ötən il boşanan model-aparıcı Çağla Şikel yeni eşq yaşayır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, model bir çox məşhur markaların sahibi olan Mehmet Ziylanın oğlu Mahmutla sevgilidir. İddialara görə, Şikel və Ziylan 2 ay əvvəl aralarında Hakan Akkaya, Bengü və Öykü Serterin də yer aldığı ortaq dostlar vasitəsiylə tanış olub. Sevgililər ötən çərşənbə axşamı otellərin birində baş tutan tədbirdə birlikdə olublar. Çağla podiuma çıxdığı tədbir bitdikdən sonra məkandan Ziylan ilə birlikdə çıxıb.
Onların gecəsi restoranda davam edib. Cütlüyün bir-birini qucaqlayaraq oturması diqqət çəkib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.