banner
banner

Dünya

Gürcüstan parlamentinin spikeri postuna namizəd məlum olub

Gürcüstan parlamentinin spikeri postuna namizəd məlum olub
Gürcüstanda parlament seçkilərində qalib gəlmiş “Gürcü Arzusu” Partiyası parlamentin spikeri postuna partiyanın icraçı katibi İrakliy Kobaxidzenin namizədliyini irəli sürüb.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar bu gün “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının toplantısında qəbul edilib.
 
Parlament sədrinin birinci müavini postuna namizəd  Gənc Hüquqşünasların Assosiasiyasının sabiq sədri Tamara Çuqoşvli, parlament sədrinin müavinləri postuna namizədlər isə Giya Volskiy və Zviad Dzidziquri olublar.
 
Qeyd edək ki, Gürcüstanda parlament seçkilərinin birinci turu 8 oktyabr, ikinci turu 30 oktyabrda keçirilib. “Gürcü Arzusu” Partiyası seçkilərin nəticələrinə əsasən parlamentdəki 150 yerdən 115-ni qazanıb. Parlamentin yeni tərkibdə ilk iclası noyabrın 19-da keçiriləcək. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.