banner
banner

Dünya

Sərkisyan Ukraynadan qovuldu

Sərkisyan Ukraynadan qovuldu
Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın məşhur müğənnisi Kristina Sərkisyanın ölkəyə daxil olmasına icazə verməyib.
 
Axar.az xəbər verir ki, buna səbəb 25 yaşlı ifaçının Ukraynanın yerli qanunlarını pozaraq işğal olunmuş ərazilərə səfər etməsi olub.
 
İnsident bu gün səhər saatlarında Borispol hava limanında yaşanıb. Minskə uçmalı olan sənətçi pasport yoxlanış məntəqəsinə yaxınlaşanda xanım Sərkisyanın Ukrayna qanunlarını pozduğu ortaya çıxıb.
 
Kristinaya Ukrayna cinayət məcəlləsinin 204-cü maddəsinin ikinci bəndi üzrə protokol tərtib olunub. O, 3 il ərzində Ukrayna ərazisinə daxil ola bilməz.  Kristina məhkəmədə iştirakdan və Ukrayna səfərindən rəsmi imtina etməsi haqda ərizə yazıb, indi isə ən qısa zamanda geri dönməyə hazırlaşır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.