banner
banner

Dünya

“BBC Radio”nun məşhur aparıcısı vəfat etdi

“BBC Radio”nun məşhur aparıcısı vəfat etdi

Uzun illər "BBC Radio"da işləyən məşhur britaniyalı aparıcı Cimmi Yanq çərşənbə axşamı 95 yaşında dünyasını dəyişib. 

 
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı mərhumun ailə üzvlərinə istinadən BBC yayım korporasiyası məlumat yayıb. Məlumata görə, jurnalist öz evində vəfat edib. Son mənzilə gedən zaman onun yanında həyat yoldaşı Alisiya olub. Cimmi Yanq 1921-ci ildə doğulub. O, 1967-ci ildə "Radio 1" fəaliyyətə başlayan zaman, onun ilk radioaparıcılarından olub. Altı ildən sonra o, "Radio 2"yə keçib və 2002-ci ildə istefaya gedənədək orada işləyib. Cimmi Yanq 1950-ci illər ərzində bir sıra sinqlların müəllifi kimi də məşhurdur. 
 
Onlardan bəziləri, hətta zəmanəsinin hitinə də çevrilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.