banner
banner

Dünya

Obamaya görə konsulluğa hücum etdilər

Obamaya görə konsulluğa hücum etdilər
Yunanıstanın Saloniki şəhərində bir qrup nümayişçi ABŞ Prezidenti Barak Obamanın 15 noyabrda Yunanıstana gözlənilən səfərinə etiraz əlaməti olaraq ABŞ Baş Konsulluğuna hücum edib. 
 
Axar.az xəbər verir ki, Saloniki şəhərinin mərkəzindəki ABŞ Baş Konsulluğunun olduğu binanın qarşısına gələn 15 nümayişçi təhlükəsizlik qüvvələrini keçərək içəri daxil ola biliblər. ABŞ əleyhinə plakat qaldıraraq şüarlar səsləndirən nümayişçilər hadisə yerinə gələn polislər tərəfindən konsulluqdan uzaqlaşdırılıblar. 
 
6 nümayişçi nəzarətə götürülüb. Özlərini iqtidar əleyhdarı anarxistlər kimi qələmə verən, "Rubikon" qrupu üzvü olduğu bildirilən nümayişçilərin sonradan sərbəst buraxıldığı qeyd edilib.
 
Anarxist qrup bir müddət əvvəl internetdə yayımladığı bəyanatda Obamanın Yunanıstan səfərinə etiraz etmək üçün 15 noyabrda Afinada kütləvi nümayiş keçirməyə çağırış etmişdi.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.