banner
banner

Sosİal

Şamaxıda növbəti sürüşmə: "Çox qorxuludur" - VİDEO

Şamaxıda növbəti sürüşmə:
Burda sürüşmə əraziləri aktivləşib. 
 
ARB Şəki xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərin Hüseyn Cavid küçəsində torpaq dərəyə doğru sürüşərək evlər üçün ciddi təhlükə yaradıb. Şamaxı müxbirimizin hadisə yerindən reportajını təqdim edirik.
 
Sakinlərin sözlərinə görə, sürüşmə son bir həftədir ki, dayanmadan davam edir. 3 evin təhlükədə olduğu bildirilir. Torpaq qatı sürüşərək dərəyə doğru istiqamət alıb. Yaxınlığdakı bir evin həyətyanı sahəsi uçqun nəticəsində tamamilə dağılıb. Həyətyanı sahə artıq istifadəyə yararsız vəziyyətə düşüb. Uçquna məruz qalmış torpaq qatının altından qrunt suları çıxır. Hər gecə yaşanan torpaq uçqunu aktivliyini qoryur. Torpaq sürşməsinin baş verdiyi ərazidə eni 30 sm, uzunu isə 50-60 sm olan yarğanlar var. Artıq sürüşmə evlərə doğru hərkət edir. 
 
Ev sahibi Rafiq Abıyevin sözlərinə görə isə, indiyədək bu ərazidə sürüşmə baş verməyib: "1967-ci ildən burada yaşayıram. Gündəlik burada sürüşmə davam edir. Hələ belə sürüşmə görməmişəm. Çox qorxuludur".
 
Elə ilk dəfə yaşanan bu hadisə hər kəsin böyük narahatlığına səbəb olub. Ev sahibləri gecəni evlərində qala bilmədiklərini deyir. Sürüşmə son iki gündə dayanmadan artır. Artıq evlərdə də çatlar yaranıb. Bu səbəbdən evlərin ciddi ziyan çəkəcəyi də bildirilir. Mövcud problemlə bağlı sakinlər lazımi qurumlara da məlumat veriblər.
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.