banner
banner

Dünya

Ərdoğan: "Siyasətə ticarətdən gəldim"

Ərdoğan: "Siyasətə ticarətdən gəldim"
Mən siyasətə xırda ticarətdən gələn biriyəm. Liseydə oxuduğum zamanda həmişə siyasətlə maraqlanmışam. Amma eyni zamanda öz xərclərimi ödəmək üçün də ticarətlə məşğul idim.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan VI Biznes və Sənətkarlar Şurasında çıxış edərkən deyib.
 
“Təhsil sənətkarlar və ticarətçilər üçün olduqca önəmlidir. Mən bunu dəstəkləyirəm. Biznesmen və sənətkarlarla ən yaxşı münasibəti olanlardan da biri mənəm. Mən siyasətə ticarətdən gəldim. Gənclik illərimdə də siyasətlə yanaşı ticarətlə də məşğul idim.
 
Övladlarıma həmişə dövlət işindən uzaq durmalarını tövsiyyə etmişəm. Dövlət qulluğu əlbəttə önəmlidir. Lakin həqiqi potensialın üzə çıxarılmasında böyük maneədir. Müəyyən bir sistem var. Nə qədər cəsarətli, çalışqan, yaradıcı olsanız belə sizi müəyyən çərçivəyə salırlar. Lakin müstəqil sənətkar alın tərinin qarşılığını almağı bacarır. Əlbəttə ki, ruzini verən Allahdır. Gənclərə tövsiyəm budur ki, ruzini dövlətin qapısında yox, digər sahələrdə axtarsınlar”, - Ərdoğan bildirib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.