Nazirlər Kabineti “ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında” qərarında dəyişikliklər edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən bu tibb müəssisələrində çalışan həkimlərin aylıq tarif (vəzifə) maaşları artırılıb.
Bundan sonra bu tibb müəssisələrində həkimlərin maaşları Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nə deyil, Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nə uyğun olaraq ödəniləcək.
Vahid Tarif Cədvəli əsasən əməyin ödənilməsinin 19 dərəcəsi var və əməyin ödənilməsinin dərəcəsi artdıqca müvafiq olaraq aylıq vəzifə maaşları artır. Yəni əməyin ödənilməsinin I dərəcəsi üçün ən az, əməyin ödənilməsinin XIX dərəcəsi üçün ən yüksək aylıq vəzifə maaşı müəyyən edilir. Beləliklə, indiyə qədər əməyin ödənilməsinin I dərəcəsi üçün həkimlərin aylıq vəzifə maaşları 93,5 manat, əməyin ödənilməsinin XIX dərəcəsi üçün 644 manat olub. Dəyişikliyə əsasən isə bundan sonra əməyin ödənilməsinin I dərəcəsi üçün həkimlərin aylıq vəzifə maaşları 116 manat, əməyin ödənilməsinin XIX dərəcəsi üçün 750 manat olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən Siyəzən Müalicə Diaqnostika Mərkəzi də bu siyahıya daxil edilib. Bu tibb müəssisəsində çalışan həkimlərinin maaşları da eyni prinsiplə ödənəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.