banner
banner

Dünya

Estoniyanın baş naziri istefaya gedib

Estoniyanın baş naziri istefaya gedib

Estoniyanın baş naziri istefaya göndərilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Estoniya parlamentinin plenar iclasında baş nazir Taavi Rıyvasa etimadsızlıq üzrə səsvermə keçirilib. Səsvermə zamanı parlamentin 63 deputatı baş nazirə etimadsızlıq göstərib. Bu qərarın əleyhinə isə 28 nəfər çıxıb. Səsvermələr zamanı bitərəf olmayıb.

Qeyd edək ki, baş nazir Taavi Rıvays istefaya könüllü getməkdən imtina etdikdən sonra onun koalisiya tərəfdaşları – Sosial Demokrat Partiyası (SDE) habelə Vətən İttifaqı və Res Publica (IRL) etimadsızlıq rəyini dəstəklədiyini bildirmişdilər. Onların qənaətinə görə, Taavi Rıvays qətiyyyətsizliyi ilə Estoniyanı çıxılmaz vəziyyətə salıb. Onun rəhbərlik etdiyi hökumət ciddi və zəruri qərarlar qəbul edə bilməz.

Qeyd edək ki, Estoniyada baş nazirin istefası üçün ən azı 51 deputat etimadsızlıq rəyini dəstəkləməlidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.