Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Rafet El Roman Bakının qonağıl olacaq. Axşam.az-ın məlumatına görə, ifaçı dekabrın 20-də Heydər Əliyev Sarayında konsert verəcək. Təşkilatçılığını Nahid Emiloğlunun etdiyi konsertin aparıcılığı Nanə Ağamalıyevaya həvalə olunub. N.Emiloğlu bildirib ki, Rafet tədbirdə orekstrı ilə birlikdə mahnılarını canlı təqdim edəcək:
“Rafet Bakıya bir gün əvvəlcədən gələcək. Çoxdandır Azərbaycana gəlmir. Bakını yenidən gəzmək arzusundadır. Konsertdə maraqlı sürpriz olacaq”.
Konsertə biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.