Venesuellalı fitnes-model Mişel Levin əzələli görünüşü ilə dünyanın ən məşhur gözəlləri arasındadır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşlı Mişel bu işə necə başlaması haqda danışıb: "Peşəkar modelliklə məşğul idim. İşimin bir parçası da bu bədən quruluşunu qorumaq idi. İdman nəticəsində qarın əzələlərim daha yaxşı forma almağa başladı və bunu bəyəndim. Əzələli görünüşümə görə idman qəzetlərindən təkliflər gəlməyə başladı. Bir dostum bikini yarışmasına qatılmağım üçün məni razı saldı və beləcə bu işə qoşuldum".
Levin onu ən çox ruhlandıran şeyin güzgülər olduğunu bildirib:
"Güzgüdə əzələlərimi görəndə xoşbəxt oluram. Eyni zamanda qadın heyranlarımdan gələn təriflər də məni motivasiya edir".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.