banner
banner

Şou

Ebru Gündeş və Rza Zərrabın vəkili: "Vəziyyət çətindir"

Ebru Gündeş və Rza Zərrabın vəkili:

Müğənni Ebru Gündeş və futbolçu Ufuk Ceylanın sevgili olma xəbərləri hələ də gündəmdədir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hər iki tərəfin təkzibindən sonra xəbərlərin yalan olduğu deyilsə də, şayiələr bitmir. Ebrunun həbsdə olan əri Rza Zərrabın vəkili Şeyda Yıldırım "Söylemezsem olmaz" verilişinə zəng vuraraq açıqlama verib.

O, R.Zərrabın istəyi ilə Ebrunu təqib etməsi barədə deyilənləri təkzib edib:

"Mən kimi isə təqib etdirməmişəm. 8 aydır Rza Zərrabın məhkəməsi üçün Nyu-Yorkdayam. Siz nə bilirsinizsə, mən də o qədər bilirəm".

Şeyda eyni zamanda Ebrunun da vəkili olduğunu deyib:

"Nyu-Yorkda olduğum üçün bir şey edə bilmirəm. Amma Ebrunun məndə etibarnaməsi var. Ebrunun açıqlamasını da mediadan oxudum. Türkiyə ilə aramızda 8 saat fərq olduğu üçün hadisələri izləməyim çətindir".

Vəkil bu xəbərin Rza Zərrabın da qulağına çatdığını bildirib:

"Mən burada Rza Zərrabın həyatı ilə məşğul olduğum üçün çətin vəziyyətdə qaldım. Belə bir hadisənin ortasında qalmaq istəmirəm. İkisini də çox sevirəm. Rza bəylə mən xəbəri eyni zamanda öyrəndik. Hər ikimizin beyni qarışdı. Ebru xanım hələ mənə zəng vurmayıb. Vəziyyət çox çətindir".

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.