banner
banner

Dünya

FED prezidentindən mühüm faiz açıqlaması...

FED prezidentindən mühüm faiz açıqlaması...
FED prezidenti Cefrey Laker Trampın prezident seçilməyinin faiz dərəcələrinin artırılması ehtimalını zəiflətmədiyini bildirib. 

Musavat.com-un məlumatına görə, Vircinya ştatının Riçmond şəhərinin FED prezidenti Cefrey Laker gələn ay faiz dərəcələrinin artma ehtimalının hələ də yüksək olduğunu bildirib: “Dekabr ayında faizlərinin yenidən artırılmasını müzakirə edəcəyimizə şübhə yoxdur”. 

O, həmçinin qeyd edib ki, sağlam iqtisadiyyat üçün yüksək faiz dərəcəsinə ehtiyac var. 
Cefrey Laker Trampın vergiləri azaltmaq istədiyinə diqqət çəkərək, maliyyə irəliləyişi olacağı halda faizləri daha da yüksəltməyin mümkünlüyünü ifadə edib. 
 
Qeyd edək ki, FED-in pul siyasətini təyin edən Federal Açıq Bazar komitəsi (FOMC) 13-14 dekabrda toplanacaq.

Xatırladaq ki, Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildikdən sonra faiz dərəcələrinin artırılmayacağı barədə məlumatlar yayılmışdı. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.