banner
banner

Dünya

ABŞ ordusunda “super əsgər”lər yaradılır

ABŞ ordusunda “super əsgər”lər yaradılır
ABŞ ordusunun “super əsgər” yaratmaq üçün apardığı təcrübələr müvəffəqiyyətlə nəticələnib.
 
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Hava Qüvvələri əsgərlərin əqli bacarıqlarını yüksəltmək məqsədi ilə bir qrup şəxs üzərində təcrübə aparıb.
 
Qrup üzvlərinin beyinlərinə nano qəbuledicilər yerləşdirilib və elektroşok tətbiq edilib.
 
“Frontayers Hyuman in Nevrosayəns” (Frontiers in Human Neuroscience) dərgisində yayımlanan məlumata görə, ortalama yaş həddi 31 olan 20 iştirakçıya təcrübədən sonra eyni zamanda 3 müxtəlif tapşırıq verilib. İştirakçılar 36 dəqiqəlik test müddətində digər qrup üzvlərindən daha yaxşı nəticə göstəriblər.
 
Araşdırmanın nəticələri çətin vəzifələrin yerinə yetirilməsində tətbiq ediləcək.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.