İkinci övladına hamilə olan Pelin Karahan baş rolda olduğu "Yeter" serialından "ölərək" ayrılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa 2 mövsümdür çəkildiyi layihədən ayrılıq qərarını İnstaqramda paylaşıb:
"Bu, həm vida, həm təşəkkür, həm də gözəl başlanğıcların mesajı olsun. Vida edirəm, çünki "Yeter" serialında bu gün son seriyam idi (dünən-red). Yaxşı dostluqlar qazandım, bütün aktyor və texniki heyətə təşəkkür edirəm. Bir də məni hər zaman izləyən tamaşaçılarım. 10 ildir məni izləyirsinz, yaxşı ki varsınız.
Hər zaman yazdıqlarınız, dəstəkləriniz mənimlədir. Həyat hət zaman sürprizlərlə çıxdı qarşıma. Bu dəfə də ailəmizin ikinci qonağı ilə qarşıladı məni. Buna görə də hər kəsdən üzr istəyib bətnimdəki körpəni düşündüm. Yeni layihələrdə görüşmək üzərə.
Qeyd edək ki, 3 il əvvəl iş adamı bedri Güntayla ailə quran aktrisanın bu evlilikdən bir oğlu da var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.