banner
banner

Sosİal

Azərbaycanda 9 ayın “yol terroru” - Dəhşətli RƏQƏMLƏR

Azərbaycanda 9 ayın “yol terroru” -

Cia.az xəbər verir ki, Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında məlumat yayıb.
Bildirilib ki, hesabat dövrü ərzində ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayının azalması müşahidə olunub. Belə ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 9,9 faiz, zərərçəkənlərin sayı isə 11,9 faiz azalıb. Zərərçəkənlərin 1555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 571 nəfəri isə həlak olub.

Yol-nəqliyyat hadisələrinin çox hissəsi (1302) yaşayış məntəqələrində baş verib, nəticədə 1827 nəfər zərər çəkib, onlardan 374 nəfər həlak olub, 1453 nəfər isə yaralanıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8 faiz, yaralananların sayı isə 11,2 faiz azalıb.

Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 37,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 6,7 faiz, 18,2 faiz və 7,9 faiz azalıb.

Yol-nəqliyyat hadisələrinin 44,2 faizi gündüz, 38,5 faizi gecə, 17,3 faizi isə toran vaxtı baş verib. Hadisələrin 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 45 nəfər zərər çəkib. Belə hadisələrin 80 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2016-cı ilin yanvar-sentyabr aylarında yol-hərəkəti qaydaları əleyhinə 2231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.