banner
banner

Dünya

Tramp: “Putinlə telefon danışığımız olacaq”

Tramp: “Putinlə telefon danışığımız olacaq”
Yaxın zamanlarda Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığımız olacaq.
 
APA-nın məlumatına görə, bunu ABŞ prezidenti seçilən Donald Tramp “The Wall Street Journal” qəzetinə müsahibəsində bəyan edib.
 
“Mən Vladimir Putindən gözəl bir məktub almışam və tezliklə aramızda telefon danışığı olacaq”, deyə D.Tramp bildirib.
 
O həmçinin qeyd edib ki, seçkilərdən sonra Çin Xalq Respublikasının sədri Si Tszinpin istisna olmaqla bir çox dünya liderlərindən təbrik məktubları alıb, bəziləri ilə telefonla danışıb.
 
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib  ki, yeni ABŞ prezidentinin inauqurasiyasınadək Putin və Trampın  hər hansı əlaqəsi planlaşdırılmır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.