Türkiyəli aktyor Kenan İmirzalıoğlu və həyat yoldaşı Sinem Kobal gecə gəzintisində fotokameralara tuş gəlib. Cütlük birlikdə Serhat Kılıçın konsertinə yollanıb. "Halit Ergençlə Bergüzar Korel illər sonra eyni serialda bir araya gəldi. Siz eyni layihədə rol almaq istəmirsiniz" sualına Kenan "Təklif gələrsə, razılaşarıq" cavabını verib.
Sinem Kobal isə "Kənan bəy sualınıza gözəl cavab verdi" deyə, həyat yoldaşının sözlərini təsdiqləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.