banner
banner

Dünya

Yeni Zelandiyada zəlzələ və sunami

Yeni Zelandiyada zəlzələ və sunami

Bu gün Yeni Zelandiya sahillərində baş verən zəlzələ 2 m hündürlükdə sunaminin yaranmasına yol açıb.

APA-nın məlumatına görə, bu barədə Yeni Zelandiyanın “Weather Watch” meteoroloji portalı məlumat yayıb.

Zəlzələnin gücünün isə 7,5 deyil, 7,9 maqnitudalı olduğu üzə çıxıb. Sunami paytaxt Vellinqton və Kaslpoynt rayonu sahillərində müşahidə edilir. Hazırda sunami dalğalarının hündürlüyü 2 metrdən az olsa da, yenə də təhlükəlidir. Vətəndaş Müdafiəsi və Fövqəladə Hallar İşləri üzrə Nazirlik bir sıra sahil şəhərlərində sunami təhlükəsi elan edib. Əhalinin hündür, təhlükəsiz yerlərə getməsi tövsiyə edilib. Əhali paytaxt Vellinqtonu tərk edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.