Müğənni Hadisə bir fanatını sevindirib. Axşam.az-ın Türkiyə mətbuatına istiandən məlumatına görə, "Güle güle oturun" verilişinin qonaq olduğu bir ailənin qızı Hadisəni çox sevdiyini bildirib. Proqram ona sürpriz edərək müğənnini qızın yaşadığı evə gətirib. Daha sonra "O səs Türkiyə"də qonaq olan qızlara daha bir sürpriz Acundan gəlib. O, iki qızın bütün təhsil xərclərini boynuna götürüb. Studiyada hər kəs Acunun və Hadisənin xeyirxah addımlarını alqışlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.