banner
banner

Dünya

“Tramp prezident kürsüsünə əyləşəndən sonra…”

“Tramp prezident kürsüsünə əyləşəndən sonra…”
Sirr deyil ki, bir sıra məsələlərdə aramızda fikir ayrılığı var.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, yeni ABŞ prezidenti Donald Tramp bəzi məsələlərdə fikrini dəyişəcək:
 
“Hakimiyyətin dinc şəkildə təhvili Amerika siyasi ənənəsinin mühüm hissəsidir. Düşünürəm ki, Donald Trampa vədlərini həyata keçirmək üçün müəyyən vaxt vermək lazımdır. Onun kadr siyasətini, təyinatlarını şərh etmək düzgün olmazdı. Xalq seçkilərdə öz sözünü deyib. Donald Tramp ölkənin növbəti prezidentidir. O, prezident kürsüsünə əyləşəndən sonra bir sıra məsələlərə dair mövqeyini dəyişə bilər. O özü buna lüzum olduğunu duyacaq. Sirr deyil ki, bir sıra məsələlərdə aramızda fikir ayrılığı var. Ümid edirəm ki, Donald Tramp istedadını Amerika xalqının rifahı üçün istifadə edəcək. Trampla görüşümüzdə o, NATO ilə strateji münasibətlərin qorunub saxlanmasında maraqlı olduğunu bildirdi. Biz ölkəmizi daha təhlükəsiz edən bütün öhdəliklərin yerinə yetirilməsinə sadiqik”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.