Rusiyalı müğənni Maşa Rasputina 20 ildən sonra sevənlərinin qarşısına çıxıb. Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hər zaman qalmaqalları ilə seçilən müğənni bu dəfə tamamilə sakit görünüb. O, köhnə mahnılarını ifa edərək tamaşaçılara zövq verib.
Maşa hər kəsi Allahı sevməyə və terrorçularla mübarizədə birləşməyə səsləyib.
"Mən Allahı çox sevirəm. Bu neçə illər ərzində o, mənə kömək olub. Siz də onu sevin. Mən sizi də çox sevirəm. Yaxşı ki, bu gün gəldiniz və gözəl günümü mənimlə bölüşdünüz", - deyə Rasputina bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.