Tanınmış meyxanaçılar İntiqam və Ehtiram qardaşları Sumqayıtın icra başçısı Eldar Əzizova meyxana həsr ediblər.
Bunu azvision.az-a meyxanaçı İntiqam Rüstəmov deyib.
O bildirib ki, qardaşı Ehtiramla birlikdə doğma şəhərləri olan Sumqayıt və icra başçısı Eldar Əzizov haqqında meyxana hazırlayıb klip çəkdirəcəklər: “Xalqın gözü tərəzidir. Şəhərin gözəlliyinə özünüz də baxa bilərsiniz. Biz dəfələrlə onun qəbulunda olmuşuq. Nailiyyətlərimizə o da sevinib. Bizə deyib ki, ölkəni təmsil edirsiniz, özünüzdən muğayat olun. Bu yaxınlarda Sumqayıt haqqında yeni musiqili meyxanamız olacaq. Ona aid klip də çəkiləcək. Orada Eldar müəllimin də adı var:
Layiqli xidmət edir dövlətə Eldar müəllim
Döndərib Sumqayıtı cənnətə Eldar müəllim.
İstəyirik ki, doğma şəhərimizə bir hədiyyə kimi ərmağan edək bunu”.
Meyxanaçı İ.Rüstəmov həmçinin onu da qeyd edib ki, Sumqayıtda qardaşı ilə yeni restoran tikdirir: “Sumqayıtda bizə torpaq payı da verilib, restoranımız tikilmək üzrədir. Adını da “Tı kto takoy, davay dosvidaniya” qoyacağıq”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.