banner
banner

İdman

UEFA Azərbaycan klublarına 5 milyon ayırdı

UEFA Azərbaycan klublarına 5 milyon ayırdı
UEFA 2016/2017 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil etmiş klubların hesabına pul köçürüb.
 
“Qafqazinfo” xəbər verir ki, qitənin ali futbol qurumunun Çempionlar Liqası və Avropa Liqasındakı iştiraka görə ayırdığı vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
 
Ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən “Qarabağ” 1 milyon 88 min 460 avro qazandığı halda, “Qəbələ” 733 min 660 avro “irəli düşüb”.
 
Avroliqanın təsnifat mərhələsində iştirak etmiş “Neftçi” 458 min 620 avro, qadağa üzündən avrokuboklara yollana bilməyən “İnter” isə 58 min 660 avro qazanc götürüb.
 
Avroliqada 1 mərhələ adlamış “Kəpəz” isə 440 min avro qazanıb. Bu məbləğ klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.
 
Qeyd edək ki, UEFA bu dəfə Azərbaycan klublarının hesabına ümumilikdə 2 milyon 779 min 400 (5064066) avro köçürüb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.