banner
banner

Dünya

Hesabatda Hələbə yer verilməyib - Kreml

Hesabatda Hələbə yer verilməyib - Kreml
Rusiya Müdafiə naziri Sergey Şoyqunun Prezident Vladimir Putinə təqim etdiyi hesabatda Hələbə yer verilməyib.
 
Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
 
Peskov bildirib ki, Şoyqu yalnız İdlib və Xümsdəki vəziyyətdən bəhs edib:
 
“Bu, və digər mövzular müzakirə edilir. Soçidə toplantı davam edir. Müdafiə nazirinin hesabatı sizin də eşitdiyiniz kimi Hələbi əhatə etmir. Sənəddə İdlib və Xümsdə Kalibr raketləri ilə həyata keçirilən atışlardan bəhs edilir”.
 
Qeyd edək ki, bu gün Şoyqu Suriya sahillərinə göndərilən təyyarədaşıyan gəmisindən İŞİD-ə qarşı həyata keçirilən raket zərbələri ilə bağlı Putinə hesabat verib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.