banner
banner

Dünya

Türk komandosları əl-Babı belə alacaq

Türk komandosları əl-Babı belə alacaq
Türk komandosları Suriyada “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in nəzarətində olan Əl-Babı mühasirəyə alıb.
 
Axar.az xəbər verir ki, “Bordo Berelilər” adlandırılan Türkiyə xüsusi təyinatlıları tərəfindən şəhərə qərbdən və şimal-şərqdən hücum planı hazırlanıb.
 
Məlumata görə, türk tankları və topçuları da əməliyyatlarda iştirak edəcək müxalif qüvvələrə dəstək verəcək.
 
Qeyd edək ki, “Fərat qalxanı” hərəkatının son günlər xeyli ləngiməsinin səbəbi yaşayış sahələrində terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğuların təmizlənməsi işinin vaxt aparması olub.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.