Xəbər verdiyimiz kimi, "Bu Tarz Benim" verilişinin TV8-ə transfer olunduqdan sonra "Show TV"də eyni adlı proqram başqa münsiflərə davam edəcək.
Axşam.az xəbər verir ki, Türkiyə mediası proqramla bağlı daha bir maraqlı məqam açıqlayıb. TV8 də yayımlanacaq proqramın originalının münsiflərindən biri olan İvana Sert həftədə 40 min lirə (17 min manat) qazanacaq.
Digər telekanalda jüri heyətindən olan, Sərdar Ortacın həyat yoldaşı Xloe isə həftədə 8 min lirə (2500 manat) alacaq.
Media bunu iki məşhur arasında yeni rəqabət kimi dəyərləndirir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.