banner
banner

Dünya

Kadırov: “Günahımı boynuma alıram”

Kadırov: “Günahımı boynuma alıram”

Çeçenistan rəhbəri Ramzan Kadırov yaxın vaxtlarda Belarusa səfər edəcəyini açıqlayıb.  

Bu haqda məlumatı Kadırov öz Tvitter səhifəsindən paylaşıb.  “Hörmətli Aleksandr Qriqoryeviç! Günahımı boynuma alıram, sizin iş qrafikiniz imkan verən vaxtda Miskə gəlməyə hazıram. Sizi isə Çeçenistanda hər zaman gözləyirik”, - Kadırov qeyd edib.  
Bu barədə Belarus-1 kanalına da danışan R.Kadırov bildirib ki, səfərə iki dəfə hazırlaşıblar: “Bizi dəvət ediblər, mütəxəsislərimiz müxtəlif istiqamətdə işləyib, ancaq çox təəssüf, cürbəcür səbəblərdən bu səfər alınmayıb. Ancaq Belarus rəhbərliyi üçün mübafiq zamanda mən mütləq Minskə səfər edəcəyəm”.  
Qeyd edək ki, ötən həftə Belarus Prezidenti Lukaşenko Çeçenistan rəhbərinin indiyə qədər Minskə səfər etmədiyindən təəssüfünü bildirmişdi. Lukaşenko Belarusun Çeçenistanın iqtisadi imkanlarını öyrənməyə və ikitərəfli əlaqələri genişləndirmək üçün ora mütəxəssislər göndərməyə hazır olduğunu vurğulamışdı.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.