banner
banner

Sosİal

Təcili yardımlara kamera quraşdırılır

Təcili yardımlara kamera quraşdırılır
Təcili tibbi yardım maşınlarının önünə kamera quraşdırılması nəzərdə tutulub. 
 
Bu üsulla da sanitar avtomobillərə yol verməyənlər daha rahat müəyyənləşdiriləcək və barələrində müvafiq tədbir görüləcək. Bundan əlavə, təcili tibbi yardım maşınlarının salonlarında da kameraların yerləşdirilməsi planlaşdırılır.
 
Xezerxeber.com xəbər verir ki, bəzən tıxaclar zamanı təcili tibbi yardım maşınlarına yol verilmir. Həmin nəqliyyat vasitələrini aşkar etmək üçün sanitar avtomobillərin önünə kamera yerləşdirilməsi nəzərdə tutulub.
 
Təcili tibbi yardım maşınlarının salonlarında da kameraların quraşdırılması gözlənilir. Bununla da həm tibb işçilərinin, həm də pasiyentlərin hərəkətlərinə nəzarət olunacaq.
 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bir sıra ölkələrdə bu sistemdən istifadə olunur.
 
Hazırda müvafiq qurumlara təkliflər göndərilib və layihə üzərində iş gedir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.