banner
banner

Dünya

Yaponiyada zəlzələdən sonra sunami baş verdi: 3100 nəfər təxliyə edildi, 150 məktəb bağlandı

Yaponiyada zəlzələdən sonra sunami baş verdi:
saat 02:09

Yaponiyada Rixter şkalası üzrə 7.4 bal gücündə zəlzələ baş verib

 
Bu barədə Yaponiya Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanların episentri ölkənin şimal-şərqindəki Fukuşima şəhərində, 10 km dərinlikdə olub. Dağıntılar və tələfat barədə məlumat verilmir. Bölgədə sunami olacağı, dalğaların 3 metrə qədər yüksələ biləcəyi haqda xəbərdarlıq olunub. Sakinlərə sahil əraziləri tərk etmək haqqında çağırış edilib.
 
Zəlzələdən sonra Fukuşima şəhərində iki yanğın hadisəsi baş verib. Yanğınlardan biri neft kompleksinin ərazisində, digəri isə "Koeha" kimyəvi şirkətin binasında olub. Hər iki yanğın söndürülüb.
 
 
Qeyd edək ki, Yaponiyada 11 mart 2011-ci ildə eyni bölgədə 9 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələdən sonra meydana gələn sunamidə 19 min nəfər həyatını itirmişdi. Hadisə Fukuşima stansiyasında radioaktiv sızıntının baş verməsinə də yol açmışdı.
 
***
03:50

Yaponiya Seysmoloji Mərkəzi baş verən zəlzələ ilə bağlı yaydığı məlumatlarda bəzi düzəlişlər edib. Musavat.com məlumat verir ki, seysmoloji mərkəzdən verilən xəbərə görə, zəlzələnin episentri 10 deyil, 25 km dərinlikdə olub. Bundan başqa, məlumatda zəlzələnin 7.4 bal gücündə olduğu qeyd olunub. Bundan əvvəl zəlzələnin 7.3 bal gücündə olduğu bildirilmişdi.
 
ABŞ-ın geologiya təşkilatından verilən məlumata görə, Fukuşimada 5.4 və 4.8 bal gücündə daha iki təkan baş verib. 
 
***

Fukuşima şəhərində baş verən zəlzələdən sonra sunami baş verib. Üç nəhəng dalğa Yaponiyanın şərq sahillərinə vurub. Dalğalardan biri 60 sm olub. Digər dalğaların hündürlüyü isə 1 metrə yüksəlib. Sunami dalğası Fukuşima nüvə stansiyasına qədər gəlib çatıb. Şəhərə dəyən zərərin məbləği hələlik məlum deyil.
 
***
07:30
 
Verilən məlumata əsasən, 3100 sakin sunami baş verən bölgələrdən təxliyə edilib, 150 məktəb bağlanıb. Mütəxəssislər bildiriblər ki, sunami dalğaları təkrarlana bilər. Seysmoloqlar həftə ərzində də yeraltı təkanların olacağı barədə xəbərdarlıq edib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.