banner
banner

Sosİal

Şamaxıda kənd təhlükə altında - Video

Şamaxıda kənd təhlükə altında

Şamaxı rayonunun Cabanı kəndində baş verən torpaq uçqunları daha təhlükəli vəziyyət alıb.

 

Yaşayış yerlərinə qədər irəliləyən sürüşmə səbəbindən sakinlər evlərindən didərgin düşüblər.

Kəndin bir hissəsində aktivləşən sürüşmə zolağında 3 ev artıq qəzalı vəziyyətə düşüb. Ötən gün baş verən növbəti sürüşmə evlərdə iri çatlara və dağıntılara səbəb olub. Axşam saatlarında sürüşmə gücləndiyindən sakinlər evlərində gecəliyə bilmirlər. Öncəki günlərdə otlaq sahələri və yol sürüşməyə məruz qalırdısa hazırda sürüşmənin miqyası artaraq evlərə doğru istiqamət almaqdadır. Sakinlərin sözlərinə görə, əgər sürüşmə bu cür davam edərsə kəndin bir hissəsini böyük təhlükə gözləyir. Bu evdə isə yaşayışın təhlükəli olması səbəbindən ailə köçürülüb. 

Evi təhlükə altına düşən kənd sakini Kərim Qasımov mənbəyi bəlli olmayan yeratı suların sürüşməni gücləndirdiyini deyir: "Bir neçə həftə öncə kəndə baş vermiş sürüşmə nəticəsində dağılmış kənd yolu da hələ bərpa olunmayıb. Yaşamaq mümkün deyil". (ARB TV)

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.