banner
banner

Gündəm

Əli Abbasov niyə YAP-dan çıxarılmır?.. - AÇIQLAMA

Əli Abbasov niyə YAP-dan çıxarılmır?..

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov haqqında mətbuatda vaxtaşırı təzadlı informasiyalar yer alır. Onun “Rabitə işi” ilə əlaqədar istintaqa çağrıldığı barədə də söhbətlər səngimir. Qeyd edək ki, “Rabitə işi”nin istintaqı sabiq məmurların ciddi korrupsiya əməllərini açıb ortaya qoymaqdadır. 
Diqqət çəkən digər bir məqam keçmiş nazirin hələ də YAP-ın üzvü olaraq qalmasıdır.


Yaxın vaxtlarda keçmiş nazirin YAP-dan uzaqlaşdırlması məsələsi gündəmə gələ bilərmi?

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə, Modern.az-a açıqlamasında YAP-dan  hansı formada uzaqlaşdırılmağın mümkün olduğu  barədə danışıb.

“Yeni Azərbaycan Partiyasından 3 halda çıxmaq mümkündür. Birinci halda şəxsi təşəbbüslə.. bu zaman partiyadan çıxmaq barədə ərizə ilə müraciət olunur. İkinci halda, cinayət hadisəsi törədərsə, üçüncü halda isə partiyanın imicinə xələl gətirən hərəkətə yol verərsə.. bu hallarda şəxsin partiyadan çıxarılması mümkündür”.


YAP-çı deputatın sözlərinə görə, hələ ki Əli Abbasovun YAP-dan çıxmaq məsələsi gündəmdə deyil.

“Düzdür, Əli Abbasovla bağlı mətbuatda çox yazılar yazılır. Hələ ki onun haqqında nə məhkəmə qərarı, nə də cinayətlərdə iştirakı barədə rəsmi bir açıqlama var. Ona görə də partiya Əli Abbasovun üzvlük məsələsinə hələ ki baxa bilməz. Bu baxımdan  prosesin gedişatından asılı olaraq qərar da qəbul edilə  bilər. Amma hələ ki bu məsələ gündəmdə deyil”.

Qeyd edək ki, Əli Abbasov hazırda YAP Siyasi Şurasının üzvüdür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.