banner
banner

Sosİal

Satışda süni yumurtalar var - EHTİYATLI OLUN!

Satışda süni yumurtalar var -
Satışda süni yolla hazırlanan yumurtalar var. Bakı Şəhər Baytarlıq İdarəsi faktı təsdiqləyib. Adətən plastik maddə təsiri bağışlayan bu yumurtalar insan sağlamlığı üçün də zərərlidir. “XəzərXəbər” süni yumurtaları əsl yumurtadan fərqləndirməyin yollarını da araşdırıb.
Qırılan yumurtanın sarısı bu videonu izləyənləri təəccüb içində qoyur. Buna səbəb yumurta sarısına əllə toxunulmasına baxmayaraq formasını itirməməsi və sanki plastik maddə təsiri bağışlamasıdır.
Bakının Sabunçu rayonu ərazisindəki marketlərdən birindən alınan bu yumurtanın süni olmasını Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndəsi “XəzərXəbər”ə müsahiəbsində təsdiq edib.
Mütəxəssisin sözlərinə görə belə yumurtadan istifadə etmək insanların sağlamlığına zərər vura bilər.
Bəs təbii yumurtanı sünisindən necə ayırd etmək olar?
Suni yumurtaların Çin Xalq Respublikasından ölkəyə gətirildiyi idddia edilir. məsələ ilə bağlı rəsmi açıqlama verən Dövlət Gömrük Komitəsindən isə bildirirlər ki, bu ölkədən ümumiyyətlə Azərbaycana yumurta gətirilmir. Bakı Şəhər Baytarlıq İdarəsi və Quşçular Cəmiyyətindən isə bildirdilər ki, Azərbaycanda süni yumurta istehsalı yoxdur. Görüntülərdəki süni yumurta Azərbaycana xaricdən gətirilib. maraqlısı budur ki, Xaricdən gətirilən yumurtalar Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yoxlanıldıqdan sonra ölkəyə buraxılır. Bəs maraqlıdır, görəsən onda bu süni yumurtalar Azərbaycan bazarına necə yol tapıb?   
 
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.