Adanada axtarılan bombalı avtomobil tapıldı: sürücü vuruldu
Adananın Seyhan rayonundakı Sarıhamzalı məhəlləsində bomba mexanizmi olduğu öyrənilən bir avtomobil ələ keçirilib.
Polisin “Dayan!” xəbərdarlığına tabe olmayan sürücü silahla vurulub.
O, yaralı halda sürücü xəstəxanaya aparılıb. Adanadakı bombalı hücumla bağlı şübhəli olaraq axtarılan yüngül ticarət avtomobili yerloi vaxtla saat 15:25-də Seyhan rayonu Küçükdikili məhəlləsində müəyyənləşdirilib.
Komandaların dayanmaqla bağlı xəbərdarlığına baxmayaraq, qaçan avtomobil sürücüsü, polis tərəfindən vurularaq zərərsizləşdirilib.
Bomba mexanizmi olduğu irəli sürülən avtomobil üçün bomba məhv edən mütəxəssis tələb olunub. Ətrafda geniş təhlükəsizlik tədbirləri görülüb.
Səhər saatlarında Adana valiliyinin avtomobil dayanacağında bomba yüklü avtomobillə hücum təşkil olunub. Nəticədə 2 nəfər həyatını itirib, 33 nəfər də yaralanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.