banner
banner

Dünya

Çavuşoğlu: “Aİ-nin Ankaraya təzyiq cəhdləri mənasızdır”

Çavuşoğlu: “Aİ-nin Ankaraya təzyiq cəhdləri mənasızdır”
Avropa İttifaqının Ankaraya təzyiq etmək cəhdləri mənasızdır. Bunu Avropa Parlamentinin Aİ-yə üzvlüyü ilə bağlı Türkiyə ilə müzakirələrin dondurulmasına dair  qərarını şərh edərkən XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.  
“Aİ, ilk növbədə, öz mövqeyini və siyasətini yenidən nəzərdən keçirməlidir. Bu cür üsullarla Türkiyəyə təzyiq etmək cəhdləri mənasızdır... Türkiyə Aİ qurumlarının obyektiv tənqidini və istənilən konstruktiv qərarını qəbul etməyə hazır olduğunu həmişə bəyan edib. Lakin qərəzliliyə yol verildikdə, Ankara buna qarşı çıxış edir. Bizim üçün bu cür qərarların heç bir hüquqi qüvvəsi yoxdur”, - deyə Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, qərəzli və subyektiv addımlar Avropa Parlamentinin və, ümumilikdə,  Aİ-nin imicinə ziyan vurur: “Ankaraya qarşı uzun müddətdir ki ikili standartlar siyasəti aparılır”.
Qeyd edək ki, Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.
Prezident Rəcəb Tayyip Ərdoğan sözügedən qərarın Türkiyə üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.