banner
banner

Dünya

Misirin Suveyş şəhərində ekstremist qrup zərərsizləşdirilib

Misirin Suveyş şəhərində ekstremist qrup zərərsizləşdirilib
Misir təhlükəsizlik qüvvələri Suveyş şəhərində ekstremist qrupu zərərsizləşdirib.
 
APA-nın “Əhbar əl-Youm” portalına istinadən verdiyi məlumata görə, Misir Daxili İşlər Nazirliyi  ekstremist qrupun Sinay yarımadasındakı terrorçularla əlaqəli olduğunun və dövlət orqanlarına, polisə qarşı terror aktları planlaşdırdığının üzə çıxdığı barədə məlumat yayıb.
 
Ekstremist qrup həm də partlayıcı qurğu hazırlamaqla məşğul olub. Sorğu zamanı saxlanılanlar elan edilən ittihamları qəbul ediblər.
 
Qeyd edək ki, Misir iki ildən artıqdır ki, mürəkkəb coğrafi şəraitə malik olan Sinay yarımadasının şimalında cəmləşən terrorçu qruplara qarşı antiterror əməliyyatı aparır. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.