İki aylıq körpə kor oldu - həkim səhlənkarlığı, yoxsa...
Bakıda iki ay əvvəl dünyaya göz açmış körpə kor olub. Xezerxeber.com-un məlumatına görə, valideynləri buna səbəb kimi doğuş həkiminin səhlənkarlığını göstərirlər.
Maraqlıdır ki, uşağın valideynləri doğuşdan sonra körpənin gözündə qızartı hiss ediblər və bu barədə doğuş həkiminə məlumat veriblər. Həkim isə bunun adi infeksiya olduğunu və narahatlığa əsas olmadığını deyib. Uşağın anası, Cəlilabad sakini Şərqiyyə Vəliyevanın doğuşu Sabunçudakı 3 saylı Şəhər Klinikasında baş tutub. Sayt doğuşu həyata keçirən Zülfiyyə həkimlə əlaqə saxlayıb. O, doğuş zamanı körpənin travma almaq ehtimalının olmadığını deyib. Onun sözlərinə görə, əgər uşağı kor edə biləcək qədər ağır travma olsaydı, körpədə bunun əlamətləri kəskin şəkildə özünü büruzə verərdi.
Tanınmış oftalmoloq Paşa Qəlbinur məsələ ilə əlaqədar “Yeni Müsavat”a bildirdi ki, körpənin iki aydan sonra kor olmasını həkim səhlənkarlığı adlandırmaq doğru deyil: “Bu cür hadisələrlə bağlı qiyabi fikir yürütmək mümkün deyil. Amma müəyyən təcrübəmə əsaslanıb deyə bilərəm ki, əgər doğuş vaxtı bilavasitə gözün deformasiyası kimi bir əlamətlər yoxdursa, iki aydan sonra uşaq görməyini itirirsə, bu, o deməkdir ki, həkimin səhlənkarlığı deyil. Əgər orqanik dəyişikliklər və yaxud göz deşilsəydi, həmin ərəfədə bilinərdi. Sadəcə, düzgün olmayan haqsız iddiadır”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə olaya bu cür şərh bildirdi: “Baş-beynin əzilməsi və ya xüsusən də görməyin əsas mərkəzində müəyyən travmalar olsaydı, görməyə təsir edə bilər. Amma bu cür mübahisəli məsələlərin həlli adətən ekspertizaların rəyi əsasında müəyyənləşir. Yəni məhkəmə ekspertiza birbaşa müəyyən edə bilər ki, burada kəllə-beyin travması olubmu və görmə qabiliyyətinə nə qədər təsir edib? Əks halda hər iki tərəf öz iddiasında qalacaq və ortada bir nəticə olmayacaq. Hesab edirəm ki, doğuş zamanı baş verən ağırlaşmalar və bu kimi hadisələrin bir qismi ekologiya ilə bağlı məsələdir və bu nəzər alınmır. Haradasa ölüm və yaxud bu cür hadisələr olanda dərhal həkimlər günahlandırılır. Və bu, tendensiya xarakter daşıyır. Halbuki, ekoloji məsələlərin üzərinə getmək lazımdır. Bundan başqa, bəzən görürük ki, 7-8 aydır ana hamilədir, amma bir dəfə də olsun ultrasəs müayinəsindən keçməyib. Halbuki, bəzilərində şəkər, bəzilərində böyrək xəstəlikləri olur və bu da əksər hallarda o qədər ağırlaşmalar verir ki, doğuşlarda problemlər yaranır. Təbii ki, burada həkim, tibbi personalın da səhvləri var. Bunu inkar etmək olmaz. Amma bütün səhvləri tibbi personalın üstünə atmaq düzgün deyil. Bu, əslində bəzi məqamları arxa plana atmaqdır. Biz bu gün nə ilə qidalanırıq? Bütün marketlərdə normal bir məhsul satılırmı? Bunları yeyən ana necə uşaq dünyaya gətirəcək? Ən böyük fəlakət budur. Ona görə də Azərbaycanın ərzaq və dərman təhlükəsizliyi strukturu olmadığından bu sahədə bir xaotik vəziyyət hökm sürür və biz çox ciddi təhlükə qarşısındayıq”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.